“Bütün prezidentlik dövrümü buna həsr etmişəm” - İlham Əliyev 

“Bütün prezidentlik dövrümü buna həsr etmişəm” - İlham Əliyev 

Hazırda oxunan: “Bütün prezidentlik dövrümü buna həsr etmişəm” - İlham Əliyev 

15356

“Ərazi bütövlüyümüzü bərpa etdik. Biz elə eləməliydik ki, birdəfəlik bu məsələni həll edək. Bizə məsələnin yarımçıq həlli lazım deyildi. Bu, nə deməkdir, Azərbaycan xalqı yaxşı başa düşür. Mənim  üçün torpaqların azad olunmasından ümdə vəzifə olmayıb. Bütün prezidentlik dövrümü buna həsr etmişəm”.

Bizim.Media xəbər verir ki, Azərbaycan  Prezident İlham Əliyev Şuşada xalqa müraciəti zamanı belə söyləyib:

“Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq. Gəldik, düşməni məhv etdik. Müzəffər ordunun Ali Baş Komandanı kimi gəlib burda dayanmışam. Bizi burdan heç kim çıxara bilməz”.

Dövlət başçısı azad olunan ərazilərin yenidən qurulmasına da diqqət çəkib:

“Biz Şuşanı bərpa edəcəyik, artıq bərpaya başlanılıb. Nəinki Şuşa, bütün azad edilmiş əraziləri bərpa edirik. Şəhərlərin baş planı hazırlanır. Birinci növbədə Ağdamın baş planı hazırlanır. Yaxın gələcəkdə baş plan təsdiq olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO