Bakıda kollec yataqxanasında YANĞIN - YENİLƏNİB 

Bakıda kollec yataqxanasında YANĞIN - YENİLƏNİB 

Hazırda oxunan: Bakıda kollec yataqxanasında YANĞIN - YENİLƏNİB 

153540

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
 
*** 11:08

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin yataqxanasında yanğın olub. 

Bizim.Media xəbər verir ki, hadisə Sabunçu rayonu Ramiz Qəmbərov keçəsində qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO