Lənkəranda OLAY:  Övladlığa verilən 15 yaşlı qız QAÇIRILDI

Lənkəranda OLAY:  Övladlığa verilən 15 yaşlı qız QAÇIRILDI

Hazırda oxunan: Lənkəranda OLAY:  Övladlığa verilən 15 yaşlı qız QAÇIRILDI

153535

“Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da yazıb. 

Onun sözlərinə görə, 15 yaşlı qızı bioloji ana və qohumları qaçırıblar: 

“Qıza nə ediblərsə, qız rəsmi anaya dönmür. Uşaq övladlığa götürən ailənin ad, soyadında... Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır. Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO