Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülür - VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülür - VİDEO

Hazırda oxunan: Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülür - VİDEO

153501

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, ərazinin çətin keçidli olması yanğınsöndürmə texnikalarının hərəkətinə maneə yaratdığından nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işləri əsasən əl ilə söndürmə üsulu ilə həyata keçirilir.

Qeyd edək ki, havanın küləkli və qaranlıq olmasına baxmayaraq yanğının geniş ərazilərə yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO