"Qarabağ" büdcəsini daha da zənginləşdirəcək

Hazırda oxunan: "Qarabağ" büdcəsini daha da zənginləşdirəcək

153445

Növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" bu uğur sayəsində büdcəsini zənginləşdirəcək.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi qitənin ikinci dərəcəli turnirində qruplara qalaraq 3,63 milyon avro qazanıb.

“Köhlən atlar” AL-də keçirəcəyi 6 görüşdə də əlavə vəsait əldə edə bilər.

Belə ki, Avropanın ali futbol qurumu qruplarda hər qələbəyə 630 min, heç-heçəyə isə 230 min avro verir. Qrup lideri olacağı təqdirdə 1,1 milyon avro, ikinci pilləni tutacağı halda isə bu məbləğin yarısını qazanacaq.
Təmsilçimiz 1/8 finala vəsiqə qazansa, əlavə olaraq 1,2 milyon avro gəlir əldə edəcək. Pley-offda iştiraka görə isə 500 min avro ödəniləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO