Nitsada kilsə yaxınlığında insanlara hücum edildi - Ölənlər var

Nitsada kilsə yaxınlığında insanlara hücum edildi - Ölənlər var

Hazırda oxunan: Nitsada kilsə yaxınlığında insanlara hücum edildi - Ölənlər var

1533

Nitsa şəhərində naməlum şəxs Notr-Dam kilsəsinin yaxınlığında bıçaqla insanlara hücum edib.

Bizim.Media Ria Novosti-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, üç nəfər ölüb, bir neçə şəxs yaralanıb. Ölənlər arasında bir qadının başı kəsilmiş cəsədi də var. Cinayəti törədən şəxs saxlanılıb.

Şəhər bələdiyyə başçısı Kristian Estrosinin dediyinə görə, həmin şəxs "Allahu Əkbər" sözünü təkrarlayıb. Bu isə terrora işarə kimi qiymətləndirilib.

Prezident Emmanuel Makron və Baş nazir Jan Kasteksinin Nitsaya gəlməsi gözlənilir.  

Bizim.Media

                  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO