Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
Sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan 13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
Qeyd olunan faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb.
Bizim.Media
![Ermənistan Azərbaycandan uçan təyyarələrə PROBLEM YARATDI - MN Ermənistan Azərbaycandan uçan təyyarələrə PROBLEM YARATDI - MN](https://bizim.media/file/articles/2023/09/02/1693641056_1693509557_22.jpg)
- A-
- A
- A+
Siyasət
09:47 / 02.09.2023
Ermənistan Azərbaycandan uçan təyyarələrə PROBLEM YARATDI - MN
Hazırda oxunan: Ermənistan Azərbaycandan uçan təyyarələrə PROBLEM YARATDI - MN
Hazırda oxunan: Ermənistan Azərbaycandan uçan təyyarələrə PROBLEM YARATDI - MN
153287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.