Azərbaycanda dövlət və özəl qurumlar arasında kibermüharibə yarışı olacaq

Azərbaycanda dövlət və özəl qurumlar arasında kibermüharibə yarışı olacaq

Hazırda oxunan: Azərbaycanda dövlət və özəl qurumlar arasında kibermüharibə yarışı olacaq

153270

Cari ilin oktyabrın 26-27-də Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində kibermüharibə yarışı təşkil ediləcək. 

Bizim.Media xəbər verir ki, bunu report-a Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi Tural Məmmədov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber Knowledge Day) həsr olunmuş tədbir çərçivəsində deyib. 

T.Məmmədovun sözlərinə görə, bu yarışda dövlət qurumları ilə yanaşı özəl sektorun nümayəndələri də iştirak edəcək: 

“Bu yarışda kritik infrastruktura sadiq dövlət qurumları, banklar, mobil operatorlar, maliyyə sektoru, internet provayderlərin komandaları iştirak edəcək.

Virtual kiber hücum həyata keçiriləcək və komandalara verilmiş virtual sistemlər vasitəsi ilə infrastrukturu necə qoruyacaqları yoxlanılacaq. 

Bu yarışla paralel kiberhəllər sərgisi keçiriləcək ki, burada da beynəlxalq vendorların məhsulları, həlləri ilə tanışlıq mümkün olacaq. Eyni zamanda paralel olaraq təhlükəsizlik konfransı və təlimlər təşkil olunacaq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO