91 yaşlı şəhid atasının ev problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO 

91 yaşlı şəhid atasının ev problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO 

Hazırda oxunan: 91 yaşlı şəhid atasının ev problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO 

153052

Qubanın ucqar Dərk kəndində yaşayan 91 yaşlı şəhid atası Mahur Məhərrəmovun 13 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mənzil növbəsində olduğu barədə mılumat vermişdik. 

Sözügedən halla bağlı nazirliyin Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusuna cavab göndərilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid atasından ŞİKAYƏT - 13 ildir ev gözləyirdi, yaşadığı mənzil də YANDI – FOTO 


Qeyd olunub ki, Birinci Qarabağ Müharibəsi şəhidləri Eldar Məhərrəmov və  Qoşqar Məhərrəmovun atası Mahur Xanbala oğlu Məhərrəmov Quba Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb və Quba Rayon İcra Hakimiyyəti tərəfindən Quba şəhərində iki otaqlı mənzillə təmin edilib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyadan olan şəxslər üçün fərdi yaşayış evləri onların təqdim etdiyi torpaq sahəsində inşa edilir.

Mahur Məhərrəmov tərəfindən onun ailəsi üçün fərdi evin inşası məqsədilə  hələ də torpaq sahəsi təqdim edilmədiyindən, tikinti aparılması mümkün olmayıb. Torpaq sahəsi təqdim edilərsə, qısa müddətdə evin tikilməsi təmin ediləcək".  

Məsələ ilə bağlı Mahur Məhərrəmov isə bildirib ki, evi yanana qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hər hansı torpaq sahəsi sənədi təqdim etməyib, çünki onlara bu sənədin lazım olması barədə kimsə izah və məlumat verməyib. 

O qeyd edib ki, oğlu iyun ayında evləri yanandan sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin iyulun 12-də Qubada keçirdiyi vətəndaş qəbulunda olub. Nazir müavininə  evlərinin yanması və 13 ildir mənzil növbəsində olduqları barədə məlumat verib. 
Öz növbəsində nazir müavini Anar Əliyev M.Məhhərəmova torpaq sahəsi sənədinin olduğunu bildirib. 

Mahur Məhərrəmovun sözlərinə görə, həmin qəbuldan sonra lazımi torpaq sənədi və yanan evin kupçası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qubaya gələn Əli və Kamil adlı əməkdaşlarına təqdim edilib. 

Yerli icra nümayəndəsi Əbülfət Həsənov Bizim.Media-ya məlumat verib ki, nazir müavini Anar Əliyevin qəbulundan sonra Dərk kənd sakini, şəhid atası Məhərrəmovun lazımi torpaq sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinə Quba şəhərində özü şəxsən təqdim edib. 

Mövzunu diqqətdə saxlayacağıq.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO