Koronavirusun “vətən”i sayılan Çinin Uhan şəhərində Sakura festivalı start götürüb.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, hər il Sakura festivalı üçün Uhana yüz minlərlə turist axışırdı.
Pandemiyanın tuğyan elədiyi 2020-ci ildə bu festival ləğv olunub və ölkə milyardlarla sərmayə itirib.
Sakura (albalı ağacı) ağacının çiçəyi baharın gəlişinin simvolludur.
Çinin mərkəzi hissəsindəki Hubey əyalətinin paytaxtı Uhanın bir çox parkında albalı ağacları çiçək açıb.
Bu səbəblə çox sayda turist Uxana axın edib. Şəhər yavaş-yavaş köhnə ənənəsinə qayıdaraq, turist qəbul etməyə başlayır.
Maraqlıdır ki, pandemiyaya görə bütün dünyada və Avropada sərt karantin rejiminin tətbiq olunmasına baxmayaraq, Uhanda bu qadağaların heç biri həyata keçirilmir.
Vüsalə Balayeva, Bizim.Media