Putin Sibirə dincəlməyə gedir – Şoyqu da onunla olacaq

Putin Sibirə dincəlməyə gedir – Şoyqu da onunla olacaq

Hazırda oxunan: Putin Sibirə dincəlməyə gedir – Şoyqu da onunla olacaq

15301

Kreml Putinin Sibir səfəri barədə açıqlama verəcəyinə söz verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında prezidentin bu həftə sonunda edəcəyi tətili haqda görüntüləri və şəkilləri yayacağını bildirib:

“O, Sibirdə olacaq. Prezident seçimlərinə və rus coğrafiyasına olan sevgisinə sadiq qalır”.

Peskov Putinin dəfələrlə bu vaxtlarda istirahət etdiyini xatırladıb:

"Şənbə və ya bazar günlərində video və fotoşəkilləri alıb dərc edəcəyik".

Kreml spikerinin sözlərinə görə, Putini ənənəvi olaraq Sergey Şoyqu müşayiət edəcək. Xatırladaq ki, Putin son dəfə 2019-cu ilin payızında Sibirdə tətildə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO