Xaçmazda bıçaqlanan qohumlarla bağlı YENİ XƏBƏR  

Xaçmazda bıçaqlanan qohumlarla bağlı YENİ XƏBƏR  

Hazırda oxunan: Xaçmazda bıçaqlanan qohumlarla bağlı YENİ XƏBƏR  

152766

Ötən gecə Xaçmazda bıçaqlanan iki gəncin bıçaqlanmasının bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 16 yaşlı Nicat Dəyanət oğlu Xasməmmədov və 20 yaşlı Abgül Rövşən oğlu Hacıyev tanımadıqları şəxs və ya şəxslər tərəfindən bıçaqlanıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda iki nəfər bıçaqlandı - ÖZƏL


Hadisənin şəhər parklarından birində kütləvi dava nəticəsində baş verdiyi bildirilir. Döş qəfəsinin arxa hissəsindən bıçaq yaraları alan və bir-biri ilə qohum olduqları deyilən Nicat Xasməmmədov və Abgül Hacıyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Hadisənin təəssüf doğuran məqamı ondan ibarətdir ki, kütləvi dava Xaçmaz şəhərində Vətən Müharibəsində tarixi zəfərimizə və bu zəfərdə xüsusi zəhməti olan qəhrəman şəhidlərimizin xatirəsinə salınmış Zəfər parkında baş verib. Faktı Xaçmaz rayon polis şöbəsi araşdırır. Hələlik hadisə ilə bağlı saxlanılanın olmadığı deyilir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO