Ermənistana konkret təzyiqlər göstərilməlidir - Fransa MƏTBUATI... - FOTO

Ermənistana konkret təzyiqlər göstərilməlidir - Fransa MƏTBUATI... - FOTO

Hazırda oxunan: Ermənistana konkret təzyiqlər göstərilməlidir - Fransa MƏTBUATI... - FOTO

15262

"Müharibədən cəmi 4 ay keçib. Buna baxmayaraq, mülki şəxslər minaya düşür. Bu fakt  Azərbaycan və bir çox dünya ölkələrini narahat edir. Lakin bunlara rəğmən, Ermənistan minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etmir".

Bizim.Media-nın məlumatına görə, bu fikirlər "lagazetteaz.fr" onlayn fransız qəzetində "Qarabağ: Minalanmış sahələrin xəritəsi niyə verilmir? - Ermənistanın müharibə cinayətləri sərhəd tanımır" başlıqlı məqalə dərc olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Ermənistandan qaçmağa hazırlaşır – Stepan Danielyan


Məqalədə bildirilir ki, problemlər bağlı dünya dövlətləri Ermənistana çoxsaylı çağırışlar etsə də, bu ölkəyə real təzyiqlər yoxdur. Beynəlxalq təşkilatlar həmişəki kimi yenə susurlar".

Yazıda Ermənistanın minalanmış ərazilərin xəritəsini gizlətməsi sülhə maneə kimi qiymətləndirilir. Bildirlib ki, bu, beynəlxalq hüquqa ziddir və hərbi cinayətdir:

''Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır''.

Nəşrdə Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin 10 noyabr razılaşmasına tam əməl etməsi, hətta bir sıra məsələlərdə humanistlik göstərməsi vurğulanıb.  

Bütün bunlar Ermənistanın düz yola qayıtması üçün yetərli deyil. Ona görə də dünya birliyi - beynəlxalq təşkilatlar və nüfuzlu ölkələr Ermənistana konkret təzyiqlər göstərməli və ya sanksiyalar tətbiq etməlidir.

Əks təqdirdə, Ermənistanın bu naqis niyyəti ucbatından onlarla günahsız mülki şəxsin həyatı hələ də təhdid altında qalacaq.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO