Zaqatalada 1700 ədədə yaxın toyuq-cücə yanaraq məhv oldu

Zaqatalada 1700 ədədə yaxın toyuq-cücə yanaraq məhv oldu

Hazırda oxunan: Zaqatalada 1700 ədədə yaxın toyuq-cücə yanaraq məhv oldu

152606

Axşam saatlarında Zaqatala rayonunun Çökəkoba kəndindəki fərdi təsərrüfatlardan birində güclü yanğın baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Çökəkoba kənd sakini, fermer Aslan Əsədova məxsus quşçuluq təsərrüfatının tövləsində yanğın qeydə alınıb.  

İlkin məlumatlara əsasən tövlədə 1700 ədədə yaxın toyuq-cücə yanaraq məhv olub. Yanğının alovları yaxınlıqdakı ot tayasına da sıçrayıb və 2 min ədəd ot bağlaması yanıb.

Hadisə yerinə FHN-in Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənərək digər tikililərə keçməsinin qarşısı alınıb. 
Yanğın zamanı xəsarət alan olmayıb.Yanğın söndürüləndən sonra hadisə yerinin analizi aparılıb. İlkin məlumata görə, yanğına səbəb naqillərdəki qısa qapanma olub.

Yanğının təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO