Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına gedir

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına gedir

Hazırda oxunan: Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına gedir

152524

İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına keçir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Ksa Sport” nəşri yayıb.

Mənbə yazır ki, Məhəmməd Salah İngiltərə çempionatının üçüncü turunda “Nyukasl”la oyundan sonra “Əl-İttihad” komandasına keçidlə əlaqədar tibbi müayinə üçün Səudiyyə Ərəbistanına gedəcək.

Beləliklə, misirli futbolçu avqustun 27-də İngiltərə çempionatında son oyununu keçirə bilər.

Qeyd edək ki, ötən mövsüm Məhəmməd Salah “Liverpul”la 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 65 milyon avro olan futbolçunun “Liverpul”la 2025-ci ilin yayına qədər müqaviləsi var.

Bundan əvvəl Məhəmməd Salahın “Liverpul” rəhbərliyinə “Əl-İttihad”a keçmək niyyətini çatdırdığı barədə məlumat yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO