Paşinyanın hökuməti buraxacağı barədə informasiya yayıldı – DETALLAR 

Paşinyanın hökuməti buraxacağı barədə informasiya yayıldı – DETALLAR 

Hazırda oxunan: Paşinyanın hökuməti buraxacağı barədə informasiya yayıldı – DETALLAR 

152443

“Paşinyan bir sıra nazirləri, o cümlədən Sanosyanı istefaya göndərə bilər”. 

Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistanın  “Hraparak” qəzeti çıxış edib. 

Qəzetin qənaətinə görə, Nikol Paşinyan bir sıra nazirlərin işindən narazıdır. Və bu səbəbə görə hökumət yaxın zamanlarda buraxıla bilər. 

Qəzet qeyd edir ki, indi bu mövzunu gizli saxlamağa çalışırlar. Çünki qərar qətiləşməyib. Ola bilsin ki, bu proses oktyabr ayına qədər uzansın.

Yola salınacaq məmurların önündə Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan gəlir. Çünki Paşinyan bu yaxınlarda Sünik bölgəsinə səfəri zamanı Sanosyandan ciddi şikayətlər eşidib. Baxmayaraq ki, Qnel Sanosyan 2021-ci il avqustun 2-də Ermənistanın Ərazi idarəetmə və infrastrukturlar naziri vəzifəsinə təyin edilib.  

Bu isə onu göstərir ki, Ermənistanda təkcə siyasi yox, həm də hökumət böhranı yetişib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO