Aşıq Ələsgərin abidəsinin nə vaxt hazır olacağı açıqlanıb

Aşıq Ələsgərin abidəsinin nə vaxt hazır olacağı açıqlanıb

Hazırda oxunan: Aşıq Ələsgərin abidəsinin nə vaxt hazır olacağı açıqlanıb

152385

Aşıq Ələsgərin abidəsinin bürüncdən tökülməsi prosesi başa çatmaq üzrədir. 

Bizim.Media xəbər verir ki, bu barədə apa-ya ARİ nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, 10 gün içərisində abidənin hissələrinin metaldan (bürüncdən, – N.P.) tökülməsi prosesi yekunlaşacaq:

“Bundan sonra isə həmin hissələrin yığılması həyata keçiriləcək. Bu prosesi isə biz, təxminən, sentyabrın sonuna qədər yekunlaşdırmağı planlaşdırmışıq”. 

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin memarı Malik Babayevdir. 
Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO