Avropa Birliyi (AB) ABŞ Prezidenti Co Baydenin Vladimir Putinə qarşı etdiyi tənqidlərə münasibət bildirib. Qurum qeyd edib ki, Rusiya Federasiyasının Prezidentinin cinayətlərə görə siyasi məsuliyyəti var.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “DW” nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya ABŞ arasında artan gərginlik - Uduzan kim olacaq?
"Təəssüf ki, Rusiyada baş verənləri tənqid edən insanları - siyasətçiləri və jurnalistləri öldürmək üçün uğurlu və uğursuz cəhdlərin uzun bir siyahısı var".
AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin mətbuat katibi belə deyib.
Onun sözlərinə görə, bir çox cinayət işi araşdırılmayıb və qatillər məhkəməyə verilməyib:
"Hamı bilir ki, Vladimir Putin Rusiya Federasiyasının prezidenti olaraq, sonda Rusiya dövlət qurumlarının hərəkətlərinə və dövlət siyasətinə cavabdehdir".
Xatırladaq ki, martın 17-də ABC-yə verdiyi müsahibədə Bayden jurnalistin ondan rusiyalı həmkarını qatil hesab edib-etmədiyi sualına müsbət cavab verib.
Ağ Evin sahibi əlavə edib ki, Putin 2020-ci il ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini Donald Trampın lehinə dəyişdirməyə söz verib.
Baydenin dediklərinə cavab olaraq Putin ABŞ liderinə can sağlığı diləyib. Onun sözlərinə görə, ABŞ hakimiyyətində bir çox dürüst və layiqli insanlar var, Rusiya Federasiyası onlara etibar edir:
“Amerikalı həmkarımın açıqlamasına gəldikdə, dediyi kimi həqiqətən şəxsən tanışıq. Ona nə cavab verərdim? Deyərdim: sağlam olsun! Bunu ironiyasız və ciddi deyirəm”.
Bizim.Media