Demet Akalın yaxtada qəza keçirdi, başı əzildi – VİDEO 

Demet Akalın yaxtada qəza keçirdi, başı əzildi – VİDEO 

Hazırda oxunan: Demet Akalın yaxtada qəza keçirdi, başı əzildi – VİDEO 

152285

Türkiyənin məşhur müğənnisi Demet Akalın bədbəxt hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, ötən axşam Didimdə konsert vermək üçün məkana dəniz yolu ilə gedən sənətçinin olduğu yaxta estakadaya çırpılıb. 

Uzun müddət şokdan çıxa bilməyən Akalın yaşadıqlarını videoaçıqlama şəkildə çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Alnındakı şişkinliyi göstərən Demet Akalın bir dostunun da əlinin əzildiyini deyib:

“Yaxşıyam, narahat olmayın. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tərk etmək istəmədim. Çox pis yaxta qəzası keçirdik. Mən əslində, gecələr bu növ nəqliyyat vasitəsindən istifadə etmirəm, amma onunla məkana 20 dəqiqəyə çatacaqdıq. Yaxta saniyələr içində batdı. O yaxtadan necə sağ çıxdıq, hələ də anlamıram. Verilmiş sədəqəmiz var imiş.

Fanatlarım da heç yerə getməyib, məni gözləyiblər. Sağ olsunlar. Mən yaxşıyam. Bodruma geri dönürəm. Təbii ki, müraciətim olacaq. Təcili yardım çağırdıq, bir müddət gəlmədi. Təcili yardımın neçə dəfə çağırıldığını qeyri-müəyyən xatırlayıram. Allah o əczanədən razı olsun. İlk tibbi yardım göstərdi.
Dostumuzun bir barmağı əzilmişdi. Yalıkavak Marinada estakada işıq yandırsaydınız, insanlar belə qəribə qəzaya düşməzdilər və travma almazdılar. Çoxlu mesajlar almışam. Yaxtalara xidmət edən qayıqçı bizi təsadüfən xilas etdi. Allah uşaqları qorusun”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO