Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu finala yüksəlib

Hazırda oxunan: Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu finala yüksəlib

152223

Azərbaycanın üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında keçirilən dünya çempionatında finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, oğlanlar arasında Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram), qızların mübarizəsində isə Xədicə Qədəşova (52 kiloqram) qızıl medal uğrunda güləşəcək. 

Həlledici qarşılaşmalarda Musayev israilli İshaq Aşpizlə, Yusubov polşalı Simon Suliklə, Qədəşova isə fransalı Alisya Pulanjla üz-üzə gələcək. 

Qeyd edək ki, medal görüşləri bu gün keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO