Bakıda bu gün qrossmeysterlər çempionluq və 3-cü yer uğrunda mübarizə aparacaq

Bakıda bu gün qrossmeysterlər çempionluq və 3-cü yer uğrunda mübarizə aparacaq

Hazırda oxunan: Bakıda bu gün qrossmeysterlər çempionluq və 3-cü yer uğrunda mübarizə aparacaq

152128

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün mükafatçılar müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, çempionluq və üçüncü yer uğrunda mübarizə aparan qrossmeysterlər tay-brekdə güclərini sınayacaqlar.

Bürünc medala iddia edən Azərbaycan təmsilçisi Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə qarşılaşacaq. Şahmatçılar ilk iki klassik partiyada hərəyə bir qələbə qazanıblar.

Finalda isə hindistanlı Rameşbabu Praqqnanandha beşqat dünya çempionu olan norveçli Maqnus Karlsen ilə qarşılaşacaq. Qrossmeysterlərin hər iki klassik oyununda bərabərlik qeydə alınıb.

Həlledici görüşlərdən sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.

Qeyd edək ki, Dünya Kubokunu ilk üç pillədə başa vuran şahmatçılar, həmçinin, İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO