II qrup üzrə qəbul imtahanlarında ən yüksək nəticə göstərənlərin sayı AÇIQLANDI 

II qrup üzrə qəbul imtahanlarında ən yüksək nəticə göstərənlərin sayı AÇIQLANDI 

Hazırda oxunan: II qrup üzrə qəbul imtahanlarında ən yüksək nəticə göstərənlərin sayı AÇIQLANDI 

152065

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında ikinci ixtisas qrupu üzrə 757 nəfər 500-dən yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il II qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. 

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO