XX əsrin əvvəllərinədək Xankəndidə erməni yaşamayıb - TARİXİ FAKTLAR

XX əsrin əvvəllərinədək Xankəndidə erməni yaşamayıb - TARİXİ FAKTLAR

Hazırda oxunan: XX əsrin əvvəllərinədək Xankəndidə erməni yaşamayıb - TARİXİ FAKTLAR

151876

Ermənistan rəhbərliyi birbaşa və ya dolayısı ilə Qarabağ İqtisadi rayonunun şimal hissəsinin baş kəndi olan Xankəndi şəhərinin ermənilərə məxsusluğu ilə bağlı heç bir fakta əsaslanmayan yalan məlumat yayırlar. Araşdırmalar göstərir ki, keçən əsrin əvvəllərinə, yəni 1920-ci ilə qədər Xankəndi şəhərində bir nəfər belə erməni millətindən insan yaşamayıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov AZƏRTAC-a açıqlama verib.

Onun sözlərinə görə, ermənilərin özününküləşdirmə siyasətinin qurbanına çevrilən Qarabağın Xankəndi şəhəri digər Azərbaycan şəhərlərindən daha gənc olması ilə fərqlənir. 

Etibarlı mənbələrdən əldə edilən məlumata əsasən, Xankəndi XVIII əsrin axırlarında mövcud olan müstəqil Azərbaycan dövləti Qarabağ xanlığında yaşayan zadəgan ailələr üçün istirahət mərkəzi kimi istifadə olunub. Xankəndi istirahət mərkəzi xanlığın paytaxtı Pənahabadın – indiki Şuşa şəhərinin 10 kilometrliyində, Qarabağ dağ silsiləsinin şərq yamacında kiçik bir düzəndə yerləşir.

İlk illər istirahət düşərgəsində sadəcə xan və onun ailəsi yaşayırdı. Məhz bu səbəbdən həmin bölgə el arasında "Xanın kəndi" (Xankəndi) kimi tanınıb.

Lakin sonralar bu məntəqəyə sənətkarlar, tacirlər və digər peşə sahibləri köçüb, yaşayış məntəqəsinin miqyası kifayət qədər böyüyüb və genişlənib. Xankəndi şəhərinin 15 əsas məhəlləsi olsa da, 1918-1920-ci illərə qədər şəhər bir qədər böyüdüldü və məhəllələrin sayı 37-yə çatıb.
Xankəndində Qara Hüseyn, Məcidli, Alış, Yaşıl, Siyafur, İmam Əli, Xarrat usta Qulu, Ərminavan, Əyridam, Çaykənarı, Səmirabad, Sarı, Biləndərli, Yurdyer, Böyük, Mirzələr, Kiçik adlı ümumi sayı 17 olan məscid xidmət göstərib. Şəhər yaxınlığındakı qəbiristanlıqlarda 17 türbə, Möminə Xatın və Otludərə məbədləri kimi möhtəşəm memarlıq abidələri, eyni zamanda, Seyid Məhəmməd, Kərki, Qala piri, Xəlifə İbrahim Vəlullah ocağı, Böyük Pir ziyarətgahı kimi iman gətirilən inanc yerləri olub.

Mərkəzşəhər, Seyid Məhəmməd, Mahallı, Məcidli, Saatlı, Yazarlarar, Tarzənlər, Ağa, Xanbağı, Böyükbazar, Tacirlər, Yuxarı, Dağ, Aşağı, Baiqar və Üçyol Qurdları məhəllələri Xankəndi şəhərində ilk salınan 15 əsas məhəllə sayılır. Məşədi Əsədulla, Qayabaşı, Zəngəzurlular, Ozan, Qala, Təzə, Çaparxanlı, Xərratlar, Orta, Zadəganlar, Qarqar, Cüdürxan, Alakeşlər, Allahgərək, Kotanqaya, Böyük, Kiçik, Biləndərlilər, Qabıcıq-Hökmavar, Qoyqəşəm, Poylu və Şingədan kimi məhəllələr isə sonradan salınıb. Ümumiyyətlə, Xankəndi şəhərində yerləşən məhəllə adları içərisində heç bir erməni adına və ya toponiminə rast gəlinmir.

Bölgənin tarixi qaynaqlarında 1920-ci ilə qədər Xankəndi şəhərində yaşayan 1375 ailədən və təqribən 8 minə yaxın əhalidən bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür.

Qarabağ xanlığının Rusiya tərəfindən işğal edildiyi vaxta - 1805-ci il mayın 14-dək Xankəndi şəhəri, Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimin mülkü hesab olunurdu. Yəni indiki Xankəndi şəhərinin yerləşdiyi ərazi, hər hansı etnik qrupa, millətə deyil, bir azərbaycanlı xanıma aid mülk olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO