İqtisadiyyat Nazirliyi bu dövlət orqanlarında yoxlamalara başladı - SİYAHI

İqtisadiyyat Nazirliyi bu dövlət orqanlarında yoxlamalara başladı - SİYAHI

Hazırda oxunan: İqtisadiyyat Nazirliyi bu dövlət orqanlarında yoxlamalara başladı - SİYAHI

151860

Cari ilin yanvar ayından etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ), “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirir.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirliyin adından yoxlama aparan şəxslərlə bağlı rəsmi AÇIQLAMA


Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində, ümumilikdə “Azərişıq” ASC-nin tabeliyində olan 2 müəssisədə 12 ölçmə vasitəsi, “Azərsu” ASC-nin tabeliyində olan 7 müəssisədə 259 ölçmə vasitəsi, AQTİ-nin 16 sınaq laboratoriyasında 516 ölçmə vasitəsi, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan 5 müəssisədə 165 ölçmə vasitəsi, “Bakı Metropoliteni” QSC-də 6713 ölçmə vasitəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan 59 müəssisədə 3481 ölçmə vasitəsi yoxlamaya cəlb olunub.

Hazırda Dövlət Xidməti tərəfindən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqlərə başlanılıb, 
“Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə isə monitorinqlər davam etdirilir.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO