Süni qiymət artıran sahibkarlar cəzalandırılacaq! - RƏSMİ

Süni qiymət artıran sahibkarlar cəzalandırılacaq! - RƏSMİ

Hazırda oxunan: Süni qiymət artıran sahibkarlar cəzalandırılacaq! - RƏSMİ

15141

Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artdığı üçün qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınmasına dair istehlak bazarında gündəlik monitorinq aparılır. 

Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, son günlər istehlak mallarına tələbatın artması səbəbindən monitorinqlər intensivləşdirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Vergi Xidməti sahibkarlara müraciət etdi 


Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır.

Əsassız qiymət artımına yol verilməklə istehlak bazarının iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək. 

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO