DİM-dən ixtisas seçimi edən abituriyentlərə MÜRACİƏT 

DİM-dən ixtisas seçimi edən abituriyentlərə MÜRACİƏT 

Hazırda oxunan: DİM-dən ixtisas seçimi edən abituriyentlərə MÜRACİƏT 

151247

Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 28 avqust tarixinə kimi internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalı (//www.youtube.com/stateexamcenter) vasitəsilə I, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən bildirilib. 

Məlumata görə, canlı yayım 18 avqust saat 11:00-da təşkil olunacaq. 

Qeyd edək ki, I, IV və V qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar da nəşr olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO