Məşhur müğənni

Məşhur müğənni "qardaş" dediyi insanın təcavüzünə uğradı - VİDEO 

Hazırda oxunan: Məşhur müğənni "qardaş" dediyi insanın təcavüzünə uğradı - VİDEO 

15086

Armağan Çağlayanın "Dur bi dinle" proqramına qonaq olan məşhur türkiyəli müğənni Zerrin Özer gəncliyində başına gələn təcavüz hadisəsindən danışıb.

Bizim.Media türk mətbuatına istinadla xəbər verir ki, ifaçı qardaş bildiyi insanın təcavüzünə məruz qaldığını etiraf edib. 

Zerrin Özer hər zaman qara eynək taxmağını bu hadisə ilə əlaqələndirib. O, başına gələn bu hadisədən sonra kimsənin üzünə baxa bilmədiyini bildirib: 

"Yumruq, təpiyə məruz qalaraq təcavüzə uğradım. Üzərimdə 180kq  adam. Qışqırıram, səsimə səs verən də yoxdur. Onu özümə qardaş bilirdim. Həmin vaxtlar bir başqasına aşiq idim, gəlib hər şeyi ona danışırdım.

Bu hadisəni nə anama, nə də bacılarıma dedim. Çünki düşünürdüm ki, bacıma desəm gedib onu öldürər, anam bilsə infarkt keçirər. Hər gün yorğanı başıma çəkib ağlayırdım. Nə yaşadığımı bir Allah bilir, bir də mən.

Artıq o insanla çalışmaq istəmirdim, işdən çıxmaq istədiyimi anam dedikdə, anam bir sillə vurdu üzümdən. Mənə dedi ki, "başqasının yanında gərək başına bir işmi gəlsin?" Hər gün o insanın üzünə baxa-baxa işləməyə davam etdim.

Sonra bir albom çıxartdırdım.

Nəhayət, evlənmə çağım gəldi. Ailə həyatı qurmağa da qoymadılar. İllərlə psixoloq yardımı aldım. Amma o gün baş verən hadisəni içimdən söküb ata bilmədim. Həmişə deyirdilər ki "Zerrin ağlayır. Zerrin qara eynək istifadə edir". Heç kimə baxa bilmirdi ki Zerrin.. O insana haqqımı halal etmirəm".

Qeyd edək ki, sənətçiyə təcavüz edən şəxs bir müddət əvvəl vəfat edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO