Qafqaz Müsəlmanları İdarəsinin Eldar Əzizovdan istəyi – İcra başçısı niyə susur? 

Qafqaz Müsəlmanları İdarəsinin Eldar Əzizovdan istəyi – İcra başçısı niyə susur? 

Hazırda oxunan: Qafqaz Müsəlmanları İdarəsinin Eldar Əzizovdan istəyi – İcra başçısı niyə susur? 

15085

Bizim.Media Bakı şəhərindəki qəbirstanlıqlarda hökm sürən özbaşnalıqdan və qəbr yerlərinin satılması haqda yazı tirajlamışdı. 

Yazıda qaldırılan məsələlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinə də suallarımızı yollamışdır. İdarənin Mətbuat Xidməti Bizim.Medianın suallarını cavablandırıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Qəbiristanlıqlarla bağlı qərar var... – DƏYİŞƏN NƏDİR? - FOTO


Cavabda bildirilib ki, qəbir yerlərinin pulsuz ayrılması və İslami qanunlara uyğun şəkildə dəfnlərin həyata keçirilməsinin təmin etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə növbəti dəfə məktub ünvanlayıb.

Müraciət müsbət cavablandırılarsa, vətəndaşların şəriət hökmlərə uyğun şəkildə dəfn xidməti təmənnasız şəkildə həyata keçirilə biləcək.

Əlavə edilib ki, hazırda qəbirstanlıqlarda dini xidmət göstərən şəxslərin də QMİ-nə aidiyyatı yoxdur və onların fəaliyyətinə görə QMİ cavabdehlik daşımır.

Qəbirstanlıqlara müvafiq din xadimlərinin təhkim olunması ilə bağlı bələdiyyələrdən müraciət daxil olarsa, rəsmi din xadimləri təyin edilə və fəaliyyətlərinə nəzarət həyata keçirilə bilər.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO