"Qarabağda sülhməramlıların olması, hətta Rusiyanın özünün də maraqlarına uyğun deyil. Son vaxtlar bu mövzu Moskva üçün “baş ağrısına” çevrilib".
Bizim.Media xəbər verir ki, bu fikirlər İrəvandakı İqtisadi və Siyasi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Beniamin Poqosyanın ABŞ-da nəşr olunan və ermənilərə məxsus olan “The Armenia Mirror Spectator” qəzetində dərc etdiyi məqaləsində yer alıb.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı imzalayanda hamıya elə gəlirdi ki, Kreml Cənubi Qafqazda “daha bir qələbə” əldə edib:
“Sirr deyil ki, Rusiya 2014-2015-ci illərdə danışıqlar zamanı Qarabağda sülhməramlılarının olmasını israr edirdi.
Beləliklə, 10 noyabr bəyanatının imzalanmasından bir neçə saat sonra Rusiya sülhməramlıları Qarabağa daxil olanda Ermənistanda elə bir hiss yarandı ki, indi ermənilərin təhlükəsizliyi təmin olunub. Mütəxəssislər rus qoşunlarının girdikləri ərazini heç vaxt tərk etməyəcəyinə əmin olaraq bu ifadəni bir mantra kimi dəfələrlə təkrar ediblər. Hamı əmin idi ki, ruslar həmişəlik Qarabağda qalacaqlar və regionun statusu heç vaxt təsdiqlənməyəcək, bu da Qarabağ ermənilərinin "müstəqilliyini" faktiki təmin edəcək.
Amma məlum oldu ki, Ukrayna müharibəsi nəticəsində Azərbaycanın Rusiya üçün dəyəri hədsiz dərəcədə artıb, çünki bu ölkə İrana ən qısa tranzit marşrutunu təmin edir, həm də Rusiyanı Hindistanla və digər Asiya ölkələrilə birləşdirəcək dəhlizin yaradılmasına öz töhfəsini verir. Buna əsaslanaraq, Moskvanın Qarabağda hərbi mövcudluğunu daimi etmək üçün Bakı ilə münasibətlərini pisləşdirəcəyi fikri çox real səslənmir".
Onun fikrincə, Rusiya yekun sazişin imzalanması üçün Ermənistan və Azərbaycan liderlərini Moskvaya dəvət etmək ümidi ilə sülh prosesinə rəhbərlik etməyə çalışacaq, eyni zamanda, Kreml Qarabağda yaşayan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün öz dəstəyini göstərəcək.
“Rusiya 2025-ci ilin noyabrından sonra öz əsgərlərini Qarabağda saxlamaqda maraqlıdırmı? Həm "bəli", həm də "xeyr".
Bəli, ona görə ki, Rusiya sülhməramlılardan hələ də Azərbaycana təsirini artırmaq üçün alət kimi istifadə edə bilər. Xeyr, çünki Rusiya Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir və Bakı ilə münaqişənin olmasını istəmir. Hər halda, Rusiyanın Cənubi Qafqazda əsas məqsədi Qarabağda hərbi mövcudluğunu saxlamaq deyil, ABŞ-ın onu regiondan sıxışdırıb çıxarmaq və ya təsirini azaltmaq cəhdlərinin qarşısını almaqdır.
Bu kontekstdə Qarabağdakı rus sülhməramlıları Kreml üçün Cənubi Qafqazdakı təsir məsələsinin həllindən daha çox problemə çevrilə bilər”, - deyə erməni politoloq yekunlaşdıb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:36 / 14.08.2023
Qarabağda sülhməramlıların olması Rusiyanın da maraqlarına uyğun deyil - Erməni analitik
Hazırda oxunan: Qarabağda sülhməramlıların olması Rusiyanın da maraqlarına uyğun deyil - Erməni analitik
Hazırda oxunan: Qarabağda sülhməramlıların olması Rusiyanın da maraqlarına uyğun deyil - Erməni analitik
150779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.