Smolensk Vilayət Dumasının deputatı Vladislav Jivitsa Varşavada Belarus Evində keçirdiyi mətbuat konfransında Smolensk vilayətinin müstəqilliyi uğrunda hərəkatın yaradıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Jivitsa deyib ki, söhbət müstəqil Smolensk dövlətçiliyinin yenidən yaradılmasından gedir:
"Məqsədimiz azad Belarus və əraziləri əvvəllər Litva Böyük Hersoqluğunun tərkibində olan digər ölkələrlə sıx ittifaq yaratmaqdır".
Qeyd edək ki, Jivitsa öz bölgəsinin müstəqilliyi üçün açıq şəkildə danışan Rusiyanın regional parlamentinin yeganə fəal üzvüdür.
Mətbuat konfransında iştirak edən Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü Yan Rudik isə bildirib ki, Smolensk Belarus torpağıdır və bütün Belarus kimi, hazırda Moskvanın işğalı altındadır.
Bizim.Media
- A-
- A
- A+
Region
12:49 / 14.08.2023
Smolensk Rusiyadan ayrılmaq istəyir - YENİ HƏRƏKAT YARADILDI - FOTO
Hazırda oxunan: Smolensk Rusiyadan ayrılmaq istəyir - YENİ HƏRƏKAT YARADILDI - FOTO
Hazırda oxunan: Smolensk Rusiyadan ayrılmaq istəyir - YENİ HƏRƏKAT YARADILDI - FOTO
150738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.