Bir nəfər Göyçə gölündə boğulub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Mənbə yazır ki, dünən avqustun 13-də saat 20:17-də Göyçə mahalının (indiki Qeqarkunik) Regional Xilasetmə Hissəsinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə məlumat daxil olub ki, Göyçə gölünün 2-ci ictimai çimərliyində sahildən 25 metr aralıda bir nəfər üzərkən yoxa çıxıb.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər həmin şəxsi təxminən 1,5 m dərinlikdən çıxararaq motorlu qayıqla sahilə gətiriblər.
Hadisə yerinə gələn xilasedicilər onun öldüyünü müəyyən ediblər.
Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, boğulan şəxs Ukraynanın Ermənistandakı səfirinin müşaviri Aleksandr Sençenkodur.
Bizim.Media