Kürdəmir qəzasında yaralanan bir yaşlı uşaq öldü

Kürdəmir qəzasında yaralanan bir yaşlı uşaq öldü

Hazırda oxunan: Kürdəmir qəzasında yaralanan bir yaşlı uşaq öldü

150666

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, baş verən qəza zamanı minik maşınında olan iki nəfər, Bakı sakinləri 61 yaşlı Əliyev Cavid Tahir oğlu və 2022- ci il təvəllüdlü  Babayeva Aysun Xəyal qızı ağır bədən xəsarətləri alıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - FOTO


Onların hər ikisi Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq bir yaşlı Aysun Babayeva elə xəstəxanada dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Avtomobildə xəsarət alan 3-cü sərnişin isə (hələlik adı məlum deyil) Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO