Beynəlxalq axtarışa verilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya edildi

Hazırda oxunan: Beynəlxalq axtarışa verilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya edildi

150434

Ukrayna beynəlxalq axtarışa verilən şəxsi Azərbaycana ekstradisiya edib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Əbülfət İbrahim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Əbülfət Ələkbərovun təkrar törədilməklə qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. 
Avqustun 11-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Ukraynadan ölkəyə gətirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO