Ağstafada yol qəzasında xəsarət alan 6 nəfəri aparan təcili yardım maşını QƏZAYA UĞRADI 

Ağstafada yol qəzasında xəsarət alan 6 nəfəri aparan təcili yardım maşını QƏZAYA UĞRADI 

Hazırda oxunan: Ağstafada yol qəzasında xəsarət alan 6 nəfəri aparan təcili yardım maşını QƏZAYA UĞRADI 

150432

Ağstafada iki yol qəzası baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Aşağı Göycəli kəndində əvvəlcə "VAZ 2106" ilə "Toyota Camry" markalı avtomobillər toqquşub və 6 nəfər xəsarət alıb.  

Hadisə zamanı xəsarət alanlar 1989-cu il təvəllüdlü Məhərrəmova Şəhla Vilayət qızı, 1961-ci il təvəllüdlü Məmmədova Sülhiyyə Camal qızı, 1984-cü il təvəllüdlü Məmmədov Nəbi Cümşüd oğlu, 2013-cü il təvəllüdlü Məmmədov Cümşüd Nəbi oğlu, 2016-cı il təvəllüdlü Məmmədov Tunar Nəbi oğlu, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusif oğlunu xəstəxanaya aparan "GAZelle" markalı təcili tibbi yardım avtomobili isə Bayraq meydanı ərazisində "Opel" markalı minik maşını ilə toqquşub.  

Əraziyə əlavə təcili yardım maşını çağırılıb.

Faktlarla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO