İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini təbrik etdi

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini təbrik etdi

Hazırda oxunan: İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini təbrik etdi

15038

Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti cənab Tomas Baxa təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı prezidentin mətbuat xidməti yayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Bax,

Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

Keçirilmiş səsvermədə inamlı qələbəniz bütün Olimpiya ailəsi tərəfindən Sizə olan etimadın bariz göstəricisi, Olimpiya hərəkatının inkişafı, idmanın təşviqi sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.

Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq yüksək səviyyədədir və biz bu əməkdaşlığın daha da genişlənməsinə mühüm əhəmiyyət veririk.

Əminəm ki, Olimpiya ideallarının təntənəsi naminə tərəfdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO