Ağırlıqqaldıranımız Minskdə qızıl medal qazandı

Ağırlıqqaldıranımız Minskdə qızıl medal qazandı

Hazırda oxunan: Ağırlıqqaldıranımız Minskdə qızıl medal qazandı

150144

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub.

Bizim.Media xəbər verir ki, idmançımız 109 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib. O, toplam 393 kiloqram (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəkidə mübarizəyə qoşulan Əli Şükürlü isə toplam 300 kiloqram (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

Qeyd edək ki, avqustun 4-də Belarusda başlayan II MDB Oyunlarında ağır atletika üzrə yarışlar da təşkil olunur. Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO