“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş ittihamçısı Luis Okamponun "ekspert rəyi"ni oxudum. Ermənilərin sifarişilə yazılsa da, erməniləri yaxşıca yola verib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Erkin Qədirli özünün teleqram kanalında yazıb.
“Okampo təcrübəli ittihamçıdır, Argentinada hərbi xuntanın cinayətlərini araşdırmaqla, onları məhkəmədə ittiham etməklə nüfuz qazanıb. Daha sonra 9 il ərzində Beynəlxalq Cinayət Məhkəməsinin ilk ittihamçısı olub (2003-2012). İnanıram ki, o, Qarabağda baş verənlərin soyqırım olmadığını yaxşı anlayır və bunu ermənilərə öncədən açıq deyə bilərdi. Bununla belə, sifarişi qəbul edib və yolaverdi bir rəy yazıb. Hüquqşünas olduğuma görə bunu aydın görə bilirəm”, - deyə deputat qeyd edib.
Erkin Qədirli sözügedən rəydə yolavermə ilə bağlı əlamətləri də açıqlayıb:
“1. Emosional şantaja yol verilib, Qarabağda baş verənlər 1915-ci il hadisələri ilə, İkinci Dünya Müharibəsi dönəmində Leninqradın blokadasıyla, Kambocada Qırmızı Kxmerlərin törətdikləri qırğınlarla, Srebrenitsa soyqırımıyla müqayisə edilib.
2. Beynəlxalq Ədalət Məhkəməsinin aralıq tədbirlə bağlı qərarları yanlış yozulub.
3. Laçın yolu açılmasa Qarabağdakı ermənilər bir neçə həftəyə öləcəklər.
4. ABŞ və AB istəsələr tezliklə bu məsələni həll edə bilərlər.
5. Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil, onun yurisdiksiyasını da tanımır. Burada yalnız bir yol qalır - BMT Təhlükəsizlik Şurası özü bu işi Beynəlxalq Cinayət Məhkəməsinə versin”.
Bütün bunları Okampo rəyinə yazıb. Okampo yaxşı anlayır ki, bunlar baş tutası iş deyil.
Sadəcə, gerçəkləşmə ehtimalı olmayan ümidlərdən qopa bilməyən ermənilərə daha bir boş ümid verib. Ermənilərsə hələ də doğru yola gəlmək istəmədiklərindən başqaları tərəfindən yola verilirlər. Bu dəfə də elə oldu.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin təsisçi prokuroru Luis Okampo iyulun 31-də qondarma rejimin başçısı Arayik Arutyunyanın xahişi ilə Qarabağdakı durumla bağlı hesabat hazırlayacağını elan etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:20 / 09.08.2023
“Beynəlxalq Cinayət Məhkəməsinin təsisçisi erməniləri yola verib” – Erkin Qədirli
Hazırda oxunan: “Beynəlxalq Cinayət Məhkəməsinin təsisçisi erməniləri yola verib” – Erkin Qədirli
Hazırda oxunan: “Beynəlxalq Cinayət Məhkəməsinin təsisçisi erməniləri yola verib” – Erkin Qədirli
150123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.