“Monitor” jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycana gəlib.
Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, E.Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova və oğlu Aslan 17 il sonra Bakı ilə yanaşı Şuşaya da səfər edib.
R.Hüseynova səfərlə bağlı paylaşım edərək Bakının çox dəyişdiyini, lakin eyni zamanda əvvəlki kimi doğma və əziz olduğunu bildirib:
“Məni şəhərin mərkəzinin və bulvarının miqyası valeh etdi. 17 il sonra oğlumuz Aslan öz tarixi vətəninə gəldi”.
O, daha sonra Şuşa şəhərinə səfər etdiklərini vurğulayıb:
“30 ildən sonra Şuşa bizimdir! Şuşa bizim tarixi irsimizin ürəyidir. Şuşa şəhərinə tərəf “Zəfər yolu” ilə getdikdə hərbçilərimiz qəhrəmanlığı tam anlayırsan”.
Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:35 / 09.08.2023
Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda - Şuşaya getdi - FOTO
Hazırda oxunan: Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda - Şuşaya getdi - FOTO
Hazırda oxunan: Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda - Şuşaya getdi - FOTO
150105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.