Milli Məclisin ən fəal 10 deputatı – SİYAHI 

Milli Məclisin ən fəal 10 deputatı – SİYAHI 

Hazırda oxunan: Milli Məclisin ən fəal 10 deputatı – SİYAHI 

150100

Milli Məclisin 117 üzvü arasında ən fəal deputat Fazil Mustafadır. O həm parlamentdə, həm də mediada ən aktiv deputatdır.

Bizim.Media xəbər verir ki, bu Məclis.info-nun apardığı tədqiqat nəticəsində məlum olub. 

Hazırlanan 100 faizlik reytinq üzrə Fazil Mustafa 63 faizlə ilk yeri tutur. İkinci sırada isə 55 faizlə deputat Bəhruz Məhərrəmovdur. Ən aktiv deputatların ilk üçlüyünü Ceyhun Məmmədov qapadır. Onun reytinq faizi 49-dur. Sonrakı yerləri Elman Nəsirov, Tahir Mirkişili, Razi Nurullayev və digərləri tutur. 

Araşdırmanın nəticəsinə görə, ən aktiv 10 deputatın siyahısını təqdim edirik:

1. Fazil Mustafa
2. Bəhruz Məhərrəmov
3. Ceyhun Məmmədov
4. Elman Nəsirov
5. Tahir Mirkişili
6. Razi Nurullayev
7. Könül Nurullayeva
8. Hicran Hüseynova
9. Naqif Həmzəyev
10. Qənirə Paşayeva

Bu deputatlar parlamentin işində fəal olduqları qədər, mediaya da hər zaman açıqdırlar.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO