İlham Əliyev slovakiyalı naziri qəbul etdi - YENİLƏNİB

İlham Əliyev slovakiyalı naziri qəbul etdi - YENİLƏNİB

Hazırda oxunan: İlham Əliyev slovakiyalı naziri qəbul etdi - YENİLƏNİB

15010

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, Slovakiyanın xarici və Avropa işlər naziri Bakıda sonuncu dəfə təxminən 20 il əvvəl olduğunu qeyd etdi, bu səfər zamanı paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Söhbət zamanı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin dövlətlərarası münasibətlərdə aliliyi qeyd olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO