Xankəndidə

Xankəndidə "acından ölən" ermənilər restoranlarda kef edirlər - VİDEO

Hazırda oxunan: Xankəndidə "acından ölən" ermənilər restoranlarda kef edirlər - VİDEO

150079

Səhər saatlarında Ermənistanın baş naziri Nikol Paşinyanın internet resursları saxta “blokada” günlərinin sayını açıqlayıb. Guya Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında 241 gündür insanlar acdır. 

Bizim.Media xəbər verir ki, ermənilərə məxsus Telegram kanallarının böyük əksəriyyəti isə bunun kökündən yalan olduğunu üzə çıxarırlar. Belə ki, iyul ayının sonlarında yayılan videolarda erməni gənclər restoranlarda yeyib içirlər, toy və ad günü mərasimləri keçirirlər. 

Erməni "fəalları" isə bütün bunları görməməzliyə vuraraq Qarabağdakı "blokada"nı Leninqrad blokadası ilə müqayisə edirlər. Xatırladırlar ki, həmin blokadada aclıqdan 600 mindən çox insan ölüb. Xankəndidə isə acından ölən bir nəfərin belə adını çəkmirlər.
Dünən Qarabağ "fəalı" Artur Osipyan da “1inam”a müsahibəsində aclıq iddialarını təkzib edib və qeyd edib ki, son 30 ildə yerli xuntanın yırtıcı siyasəti ilə insanlar bu vəziyyətə gətirilib. Onun fikrincə, bunun "blokada" ilə heç bir bağlılığı yoxdur. 

Bizim.Media ermənilərin paylaşdığı görüntüləri sizə təqdim edir:


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO