Rasim Balayev: “Prezidentlə görüşmək şərəfdir” – VİDEO 

Rasim Balayev: “Prezidentlə görüşmək şərəfdir” – VİDEO 

Hazırda oxunan: Rasim Balayev: “Prezidentlə görüşmək şərəfdir” – VİDEO 

150078

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. 

Bizim.Media xəbər verir ki, 75 yaşlı sənətkar Prezidentlə yadda qalan, səmimi görüşünün təəssüratlarını “Xəzər Xəbər” verilişi ilə bölüşüb. 

“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam” sözlərini dilə gətirən aktyor bildirib ki, “İstiqlal” ordeninin təqdim edilməsi onun üzərinə əlavə məsuliyyət qoyub:

“Prezidentlə görüşmək şərəfdir. Çox sağ olsun ki, işinin çox və sıx qrafikinin olduğu bir zamanda mənə diqqətini ayırdı. Prezident mənim təvazökar əməyimə yüksək qiymət verdi. Cənab Prezidentə təşəkkürümü bildirirəm. “İstiqlal” ordeni böyük iş və addır. Mən bundan sonra qalan ömrümü elə yaşayacağam ki, bu ordenə layiq olsun”. 

R. Balayev Vətən müharibəsi haqqında sənət əsərlərinin ərsəyə gətirilməsinin vacib olduğunu vurğulayıb: 

“Mən Cənab Prezidentə də dedim. Bu gün Azərbaycan kinosunun vəziyyəti o qədər də ürəkaçan deyil, amma biz borcluyuq ki, yaxın keçmişimizdəki yaşanan 44 günlük qələbəmizi, şəhidlərimizin, qəhrəman qazilərimizin obrazlarını ekrana gətirək. Əminəm ki, Azərbaycan kinosunun tənəzzül dövrü bitəcək, layiqli ekran əsərləri yenidən tamaşaçını sevindirəcək”. Qeyd edək ki, R. Balayev “İstiqlal” ordeninə qədər 1998-ci il avqustun 7-də “Şöhrət”, 2018-ci il avqustun 1-də “Şərəf” ordenləri ilə təltif edilib. 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO