Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 3-cü “Yüksəliş” müsabiqəsinin eksperti və bir qrup finalçısı ilə görüşüb.
Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzey ilə tanış olublar.
Görüş “Yüksəliş” müsabiqəsinin iştirakçıları və Mərkəz arasında təcrübə mübadiləsi aparmaq, faydalı mövzularda təlimlər təşkil etmək və sosial layihələr həyata keçirmək məqsədilə təşkil olunub.
Görüşdə DİM-in müsabiqə zamanı iştirakçıların bilik və kompetensiyalarının ölçülməsində rolu, dünya təcrübəsində mövcud tendensiyalar və eyni zamanda onların Azərbaycanda tətbiqi zamanı yarana biləcək çətinliklər və real imkanlar barədə müzakirələr aparılıb.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.
Bizim.Media