Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun 18 hərbi qulluqçusuna Qarabağa döyüşə getməkdən imtina etdiklərinə görə ittiham irəli sürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
Mənbə qeyd edir ki, 44 günlük müharibə vaxtı müqaviləli əsgərlərin qohumları Qarabağa döyüşə getməmək üçün onların yollarını bağlayıblar. Hətta söz-söhbətlər yayılıb ki, qohumlar məhz həmin əsgərlərin xahişi ilə bu addımı atıblar.
Bu hallarla bağlı Ermənistan KİV-i 2022-ci il sentyabrın 30-da Ermənistanın İstintaq Komitəsinə 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək olan müddətdə nə qədər belə halın qeydə alındığını öyrənmək üçün yazılı müraciət edib.
Ermənistanın İstintaq Komitəsi bu sorğuya cavabında bildirib ki, ibtidai istintaq zamanı 4 nəfərə qarşı cinayət işi açılıb.
Lakin Ermənistan KİV-i müharibə zamanı oxşar faktların qeydə alındığını öyrənib. Bəlli olub ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin 18 hərbçisinə qarşı ittiham irəli sürülüb.
Onlar Qarabağa getməkdən və erməni işğalçı korpusunun komandirinin tabeliyinə keçməkdən imtina ediblər. Və nəticədə Ermənistan Müdafiə Nazirliyinin 3-cü ordu korpusunun komandirinin müvafiq əmrini yerinə yetirməyiblər.
Bizim.Media
- A-
- A
- A+
Region
14:06 / 08.08.2023
18 erməni hərbçiyə qarşı İTTİHAM: Müharibə vaxtı Qarabağa döyüşə getməyiblər
Hazırda oxunan: 18 erməni hərbçiyə qarşı İTTİHAM: Müharibə vaxtı Qarabağa döyüşə getməyiblər
Hazırda oxunan: 18 erməni hərbçiyə qarşı İTTİHAM: Müharibə vaxtı Qarabağa döyüşə getməyiblər
149975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.