Millimizin Dünya çempionatındakı ilkin rəqibləri müəyyənləşdi

Millimizin Dünya çempionatındakı ilkin rəqibləri müəyyənləşdi

Hazırda oxunan: Millimizin Dünya çempionatındakı ilkin rəqibləri müəyyənləşdi

149968

Basketbol üzrə kişilərdən ibarət millimizin 2027-ci il Qətərdə keçiriləcək Dünya çempionatının ilkin təsnifat mərhələ oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, Almaniyanın Münhen şəhərində baş tutmuş püşkatma mərasiminin nəticələrinə əsasən, milli komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.  

Qrup oyunları dairəvi sistem ilə oynanılacaq. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi, dünya çempionatının ilkin təsnifat mərhələsinin ikinci mərhələsinə yüksələcək. İkinci mərhələ 2025-ci ilin yayında baş tutacaq.  
Qeyd edək ki, təsnifat mərhələsinin ilk qrup oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO