Şamaxıda turistləri daşıyan avtobus qəzaya DÜŞDÜ: Yaralılar var – FOTO  

Şamaxıda turistləri daşıyan avtobus qəzaya DÜŞDÜ: Yaralılar var – FOTO  

Hazırda oxunan: Şamaxıda turistləri daşıyan avtobus qəzaya DÜŞDÜ: Yaralılar var – FOTO  

149966

Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb. 

Bizim Media-nın Aran bürosu xəbər verir ki, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşurutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daewoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. 

Hadisə zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Avtobusda olan sərnişinlərə tibbi yardım göstərmək üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.












Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO