“Siqaret çəkən qadınların sayı çoxalıb, siqaret qiymətləri artırılmalıdır

“Siqaret çəkən qadınların sayı çoxalıb, siqaret qiymətləri artırılmalıdır" - Deputat

Hazırda oxunan: “Siqaret çəkən qadınların sayı çoxalıb, siqaret qiymətləri artırılmalıdır" - Deputat

149824

"Siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam. Artırılıbsa, çox yaxşı olub. Qoy artsın. İnsanların siqaretdən çəkinməsi çox vacibdir. Çünki bu həm insanın özünə, həm də ətrafında olan insanlara həddindən artıq böyük ziyan vurur. Bu ziyanın nəticələrini də görürük”.

Bizim.Media xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

Onun sözlərinə görə, pandemiya dövründə vəfat edən insanların əksəriyyətinin ölümünə səbəb məhz spirtli içkilər və siqaretə aludəçilik olub:

"Bu insanlar xəstəliklər qarşısında qoruna bilməyib, həyatlarını itirdilər. Bu gün Azərbaycanda nəinki kişilər bəzi qadınlarımız da siqaret çəkməyə başlayıb. Başqa ölkələrdə qadınların, uşaqların siqaret çəkmələri kütləvi hal alıb. Artıq Azərbaycanda da siqaret çəkən qadınlar çoxalıb. Bunu düzgün hesab etmirəm”.

Tahir Rzayev qeyd edib ki, tütün məhsullarına, spirtli içkilərə əlçatanlıq olmamalıdır:

"İstərdim ki, spirtli içkilərin də, insanın psixologiyasına, səhhətinə təsir edən məhsulların qiyməti bahalaşsın. Əksər ölkələrdə bu məhsulların qiyməti çox bahadır. Hətta bəzi ölkələrdə siqaretə qadağalar qoyulur. Bu qadağa insanların səhhəti üçün tətbiq olunur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO