"Şuşa sanatoriyasına da baxış keçirdik. Burada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulub. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq. Ona görə də bura da 5,4,3 ulduzlu otellər olmalıdır."
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada səfərdə olarkən bildirib.
Prezident "Şuşa kimi mənzərəsi, təbiəti olan bir şəhəri belə günə salmaq vəhşilikdir.
Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir, buna nail olacayıq, yüz faiz", -deyə vurğulayıb.
Bizim.Media