Ukraynada abidədəki sovet gerbi milli simvolla əvəzləndi - FOTO

Ukraynada abidədəki sovet gerbi milli simvolla əvəzləndi - FOTO

Hazırda oxunan: Ukraynada abidədəki sovet gerbi milli simvolla əvəzləndi - FOTO

149662

Avropanın ən hündür abidələrindən olan “Ana Vətən”in qalxanındakı sovet simvolu Ukraynanın gerbi olan üçdişli mizraqla (“Trezub”) əvəzlənib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin UNIAN nəşri məlumat yayıb.

Bildirilib ki, bazar günü səhər gerbin konstruksiyasının monumentin qalxanına qaldırılmasına başlanılıb.

Üçdişli mizraq taxıldıqdan sonra qalxanın xarici görünüşü üzərində kosmetik işlərin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, avqustun 1-də “Ana Vətən” gerbindəki sovet simvolu sökülüb. Ötən ilin iyulunda ölkənin Mədəniyyət Nazirliyi Ukraynanın ən böyük abidəsindən sovet gerbinin sökülməsinin zəruriliyi ilə bağlı ukraynalıların fikrini öyrənmək üçün sorğu keçirib. 90 %-dən çoxu köhnə gerbin yığışdırılmasının tərəfdarı olub. Eyni zamanda, 85 % heykəlin qalxanına Ukrayna simvolunun yerləşdirilməsi ideyasını bəyənib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO