Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyindən, nüvə müharibəsinin kölgəsi dünyanı yenidən bürüyüb.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Yaponiyada ABŞ-ın Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş anım tədbiri ilə bağlı müraciətində qeyd olunub.
“Nüvə müharibəsinin təbilləri yenidən çalınır. Etibarsızlıq və fikir ayrılıqları güclənir. Soyuq Müharibə illərində dünya başı üstünü almış nüvə kölgəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ehtiyatsızlıqdan nüvə qılıncını cingildəyir, bu məhvetmə vasitəsindən istifadə etməklə hədələyir”, - deyən baş katib bütün ölkələri bir daha nüvə silahından tam imtina etməyə çağırıb.
Bildirib ki, nüvə tərksilahı BMT-nin əsas məqsədlərindən biridir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:27 / 06.08.2023
BMT-nin Baş katibindən ÇAĞIRIŞ: “Nüvə silahından tam imtina edin”
Hazırda oxunan: BMT-nin Baş katibindən ÇAĞIRIŞ: “Nüvə silahından tam imtina edin”
Hazırda oxunan: BMT-nin Baş katibindən ÇAĞIRIŞ: “Nüvə silahından tam imtina edin”
149652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.